mütləq sükutun hay həşiri

Sükutu pozur,  

danışır, oxuyur, 

bəzən xəbər verir olanlardan ,

keçənlərdən. 


Buz kəsən otaqların divarları 

isinir bu səsin hənirtisinə. 

Ehtiyac duyulur bu səsə .


Səsə ehtiyac duyuruq 

hamımız. 

Səs salırıq qəlbimizlə,

nəbzimizlə. 


Mütləq sükut 

əməlləri tərpətəcək,


Mütləq sükut 

ürəkləri titrədəcək. 


Elə o da səs salacaq . 

Öz səsini duyuracaq seçdiyinə, 

sevdiyinə . 

Comments

Popular Posts