Sənə doğru səyahət

Bu səssizlik fırtınadan öncəki,

Bu səssizlik fırtınadan sonrakı.

Bu səssizlik həm qorxu, həm ibadət

Bu səssizlik sənə doğru səyahət .


Umutmuşam gedəcəyim ünvanı, 

Yollar məni öz yolumdan eylədi. 

Yaratdığın mənzərələr günahsız, 

Ona baxan göz yolumdan eylədi. 


Yol da sənsən, ünvan da sən, yolçu da

Nə özgə yol, nə də ünvan bilirəm. 

Bəlkə bir az gec anladım mən bunu, 

Gözlə məni, səndən sənə gəlirəm.


Bu səssizlik fırtınadan öncəki,

Bu səssizlik fırtınadan sonrakı.

Bu səssizlik həm qorxu, həm ibadət

Bu səssizlik sənə doğru səyahət .

Comments

Popular Posts