Su

Şairi məst  edən  nədir?

Ruhuna  qarışan,

vücuddan çıxan ...


Bəzən  şəlalə damlası kimi

gözdən axan həsrət meyi ...

Üzümün qırışında məcrasın tapan,

eynəkdə əksini gördüyüm nədir?


Yalançı rənglərə boyanmış,

gizlənmiş, donmuş,

yox olan nədir?


Bir gözəl sevmişəm ki,

vücudu su, donu su.

Hər bir eşqin əvvəli su,

sonu su.

Comments

Popular Posts