Hər şey bundan başlayar

Mən gözləyərəm, 

sən istəyən qədər. 

Susdurub gözlərimi 

Bir boşluğa ilişər, nəzər. 

Hər şey bundan başlayar, 

Gözündəki həyəcan gəlib otağa dolar. 

Divarlar alqışlayar

həm səni, həm həyəcanı 

durduraraq zamanı. 


Şifrələrlə dolmuş həyat 

yaşayırdım

o kod səndə, bu kod məndə . 

Şifrələrin düyününü saçlarınla əvəz etdin. 

Təbəssüm etdin, getdin. 


Mən gözləyərəm, 

sən istəyən qədər. 

Susdurub gözlərimi 

Bir boşluğa ilişər, nəzər. 







 



Comments

Popular Posts