Fahişələr mövsümü

 


 

Daha bir axşam

səssiz,səmirsiz.

Daha bir bayram

kəndsiz,dəlisiz.

 

Daha bir məqam.

Bu axşamı donduran,

qışdan xatirə kimi gözümüzdə əridən

ey,siyah tellim!

 

Bahar bu günlərdə

təqvimini qışa satır.

Günəşin kiminlə sevişdiyi bəlli deyil.

Bu şəhəri unudub.

 

Qarşımda rəqs edirdin...

Musiqidən,zamandan,

sənə baxdığım yerdən uzaqda,

fahişəlik mövsümünün hakim olduğu bağlarda.

 

Bağ dediyim

daş yığını...

bir birini ayaqlayan otaqlar,

bir birinin başı üstdə boz səmalar.

Daş səmalar.

 

Daş dediyim

düşüncələr,cümlələr.

Daş dediyim

təhqirlər,

sənə uzanan əllər.

Daş dediyim bu şəhər!

 

Baharı geyinməkdə çətinlik çəkən,

sənin çılpaqlığınla canın isidən

bu şəhər..

                      səni unuda bilmir...

 

 

                                                                     

 

                                                              * * * *

Comments

Popular Posts