Qəzəl (ixtisarla)

 


 

Nə əcəb sən bizə xoş üzarı verdin tamaşa,

yenə dünya girişər ol gözəl üçün savaşa!

 

 

Qəmini bədəndə duydum ki,bölündü ürəyim,

təki əmr et,bu ürək vəsli ilə təzdən calaşa!

 

 

Sənin ol var olan yoxluğun əzizdən də əziz!

Bil,onu dəyişmərəm,canə min əğyar daraşa.

 

 

Gəl ki,insaf eylə sən,bu zəvvarı etmə məriz,

çatmadan vəslə gərəkdir nə qədər dağlar aşa!

 

 

Halı qamətdən usandım,yenə ondan dilədim:

Tanrı,qurban sənə,qoy,yanıma canan yaraşa.

 

 

Bir bulaq yanında üstümdə bitirrəm xalılar,

yenə şair olaram,bil ki,vücud dönsə daşa!

Comments

Popular Posts