Şirin məhlul

 


 

Divar yıxıldı,istiqlal gəldimi?!

Indi bizim üstümüzdən əsir qərbin küləyi...

O küləkdir yoğuran hər xəmiri,çörəyi.

Düşüncələr küləklərdə yox olur!

 

Indi bizim üstümüzdən əsir qərbin küləyi...

 

Nə aparır?!

 

                    Nə gətirir?!

 

Bilirəm ki toxum səpir.

 

Bəs nə əkir?

 

                    Nə bitirir?

 

 

Qan axıtdıq,

                              divarı yıxmaq üçün.

 

Boylanıb üfüqlərə

                             yaxşıca baxmaq ücün...

 

Gözümüzü qan tutdu!

                             Divar bundan yaxşıdır!

 

Hürriyyət tapmaq ücün,

                               açar  qandan yaxşıdır!

 

 

Biz hasarı dağıtdıq,

                              başımıza dağıldı...

 

 

Şimdi ənkaz altında

                                istiqlal axtarırıq!

 

 

Namus qaldı,ar qaldı.

Dərdlərimiz çoxaldi.

Faciələr,xainlər,

bazarlar və dəllallar.

Şüarda istiqlallar...

Indi bizim üstümüzdən əsir qərbin küləyi....

Düşüncələr  yox olur!

Həll olurmu məchullar?

Biz yenə qan içirik,

adı şirin məhlullar!

 

 

                                                              * * * *

Comments

Popular Posts