Skip to main content

Posts

Featured

Sənə doğru səyahət

Bu səssizlik fırtınadan öncəki, Bu səssizlik fırtınadan sonrakı. Bu səssizlik həm qorxu, həm ibadət Bu səssizlik sənə doğru səyahət . Umutmuşam gedəcəyim ünvanı,  Yollar məni öz yolumdan eylədi.  Yaratdığın mənzərələr günahsız,  Ona baxan göz yolumdan eylədi.  Yol da sənsən, ünvan da sən, yolçu da Nə özgə yol, nə də ünvan bilirəm.  Bəlkə bir az gec anladım mən bunu,  Gözlə məni, səndən sənə gəlirəm. Bu səssizlik fırtınadan öncəki, Bu səssizlik fırtınadan sonrakı. Bu səssizlik həm qorxu, həm ibadət Bu səssizlik sənə doğru səyahət .

Latest Posts

mütləq sükutun hay həşiri

Fahişələr mövsümü

Şirin məhlul

Qəzəl (ixtisarla)

Hər şey bundan başlayar

Su

Fincanların şikayeti

Qorxu

Məmləkətin dəbi

Sonuncu damla